Prezidentin açıqlamaları xarici KİV-də - VİDEO

Prezidentin açıqlamaları xarici KİV-də - VİDEO

Azərbaycan bölgədə qarşıdurma istəmir.

Hərbi ekspert Aleksandr Artamonov fevarlın 26-da Prezident İlham Əliyevin yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransındakı fikirlərini geniş işıqlandırıb. Hərbi ekspert Prezident İlham Əliyevin Dağlıq Qarabağda sülh dövrü ilə bağlı fikirlərinə toxunub. Bildirib ki, Azərbaycan tarixi ədaləti bərpa edərək Xocalının qisasını aldı və bölgədə qarşıdurmanın davam etməsini istəmir. İndi sülhün bərqərar olması, ordunun türk modelinə görə yenidən təchiz edilməsi və Dağlıq Qarabağın inkişafı üçün iqtisadi proqramlarla maksimum məşğul olmaq lazımdır - deyə dövlət başçısının fikirlərini vurğulayıb. Qarabağın minalandığını, obyektlərin dağıdıldığını deyən Artamonovun sözlərinə görə, Azərbaycan tamamilə dağılmış bölgənin bərpasına və Cənubi Qafqazda inkişaf etmiş yeni beynəlxalq münasibətlərə böyük diqqət yetirir.

Mənbə: www.realtv.az