Polşa Səhiyyə Nazirliyi xəstəxanaların mümkün müharibə şəraitində fəaliyyətə hazırlanması üçün 934 milyon zlotı (təxminən 230 milyon dollar) vəsait ayırmağı planlaşdırır.
Bu barədə “Do Rzeczy” nəşri məlumat yayıb.
Bildirilib ki, Səhiyyə Nazirliyi Müdafiə Nazirliyi və Baş Qərargahla birgə proqramın iştirakçılarının seçilməsi meyarlarını hazırlayır və xəstəxanaların regional ehtiyaclarını qiymətləndirir.
Belə ki, ölkənin şərqindəki xəstəxanalarda əməliyyat otaqları olan yeraltı sığınacaqların yaradılması, mərkəzi və qərb bölgələrində isə yaralıların reabilitasiyası və fövqəladə hallarda tibbi yardımın təşkili nəzərdə tutulur.
Bundan başqa, hakimiyyət 2028-2034-cü illər üzrə Avropa İttifaqı büdcəsindən əlavə maliyyə cəlb edərək hazırlıq tədbirlərini poliklinika və apteklərə də şamil etməyi nəzərdən keçirir.
Müəllif: Roza
Mənbə: publika.az