Ermənistan müxalifəti İrəvanın mərkəzini yalnız Paşinyan getdikdə azad edəcək

Ermənistan müxalifəti İrəvanın mərkəzini yalnız Paşinyan getdikdə azad edəcək

 

Ermənistanın müxalif "Vətənin qurtuluşu hərəkatı" Yerevanın mərkəzindəki Baqramyan prospektini yalnız baş nazir Nikol Paşinyanın vəzifədən gedəcəyi təqdirdə azad edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə müxalifət hərəkatının koordinatoru İşxan Saqatelyan bildirib.

"Nikol mövcud deyil, vəssalam", - o deyib.

İşxan Saqatelyan həmçinin bildirib ki, müxalifətin növbəti mitinqi bu gün yerli vaxtla saat 16:00-də olacaq.

"Sabah biz etiraz aksiyalarını davam etdirəcəyik", - o əlavə edib.

Mənbə: teleqraf.com