"Müsəlmanlar üçün Rusiyada tarixin yaxşı dövrü gəlib" - Ramzan Kadırov

"Müsəlmanlar üçün Rusiyada tarixin yaxşı dövrü gəlib" - Ramzan Kadırov

Çeçenistanın başçısı Ramzan Kadırov bəyan edib ki, müsəlmanlar üçün Çeçenistanda və bütün Rusiyada tarixin yaxşı dövrü gəlib.

Onun sözlərinə görə, çar hakimiyyəti və SSRİ dövründə din ciddi nəzarət altında saxlanıb.

«Dua etməyi və oruc tutmağı bizə qadağan ediblər. Alimlər (islam alimləri) repressiyalara məruz qoyulub. Məscid və mədrəsələrin tikintisi isə həyata keçməyən arzu olub. Əcdadlarımız bircə şey arzu ediblər - dini etiqad azadlığı! Allaha şükür ki, həmin qaranlıq dövr arxada qalıb» - «Qroznıy-inform» Kadırovdan sitat gətirir.

Məlumata görə, hazırda Çeçenistanda 1248 böyük və kiçik məscid, 7 hafiz məktəbi, onlarla mədrəsə fəaliyyət göstərir.

Bütün bunlarla yanaşı, bir nüansı da diqqətdən kənarda qoymaq istəmirik - müsəlman Çeçenistanın paytaxt şəhəri rus çarı, buraları işğal etmiş İvan Qroznının adını daşıyır.

AzPolitika.info

Mənbə: azpolitika.info