Qətər hökuməti Vaşinqton və Tehran arasında danışıqları bərpa etmək üçün səylər göstərir.
Musavat.com xəbər verir ki, bunu Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani "Əl-Cəzirə"yə deyib.
Qətərin Baş naziri "Yaxın Şərqdəki vəziyyətin ABŞ və İran arasında yeni gərginliyə tab gətirə bilməyəcəyini" vurğulayıb. Vaşinqtonla ikitərəfli münasibətlərə gəldikdə isə, Baş nazir Dohanın "müdafiə əməkdaşlığının gücləndirilməsinə" sadiq olduğunu qeyd edib.
Qətər ABŞ və İran arasında dolayı danışıqlarda əsas vasitəçidir. 23 noyabrda Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani Vaşinqtonda ABŞ Dövlət Katibi Marko Rubio ilə görüşüb. ABŞ Dövlət Departamentinin məlumatına görə, tərəflər Yaxın Şərqdə təhdidlərin qarşısını almaq və sabitliyin təmin edilməsi məsələlərini müzakirə ediblər.
Noyabrın 22-də ABŞ Prezidenti Donald Tramp "Fox News"a bildirib ki, Vaşinqton və Tehran münaqişəyə son qoymaq üçün dolayı məsləhətləşmələri davam etdirir. Amerika lideri həmçinin bildirib ki, razılaşma əldə olunmazsa, Yeni ildən sonra İrana hücumları bərpa etməyə meyllidir.
Mənbə: musavat.com