Rusiya prezidenti Vladimir Putin İnsan Hüquqları Şurasının (İHŞ) tərkibini yeniləyib.
"Bakupost" Müsavat.com-a istinadla xəbər verir ki, rejissor Aleksandr Sokurov və vəkil Vladimir Ryaxovski xaric edilib.
Aleksandr Sokurov dəfələrlə Rusiya hakimiyyətinin qərarlarını tənqid edib və siyasi cinayətlərdə məhkum edilmiş şəxsləri açıq şəkildə dəstəkləyib.
Rejissor rəssam Aleksandra Skoçilenkonun hökmünün məhkəmə iclasında iştirak edib, siyasi məhbuslar üçün məktub yazma sessiyalarına qatılıb və insan hüquqları üzrə komissar Tatyana Moskalkovaya rejissor Jenya Berkoviç və dramaturq Svetlana Petriyçuku azadlığa buraxmaq üçün müraciət edib.
2025-ci ilin dekabrında İHŞ-nin Putinlə görüşündə Sokurov rusların xarici agentlər reyestrinə müntəzəm olaraq daxil edilməsi praktikasını tənqid edib.
Əvvəllər onun "Nağıl" filminə Rusiyada yayım icazəsi verilməyib. 2026-cı ilin yanvarında isə rejissor kinematoqrafiyanın inkişafı üzrə hökumət şurasından xaric edilib.
Sokurov və Ryaxovskinin İnsan Hüquqları Şurasından xaric edilməsi təklifinin rəsmi səbəbləri hələlik aydınlaşdırılmayıb.
Mənbə: www.bakupost.az