“Ana, səni Şuşaya aparacam” - VİDEO

“Ana, səni Şuşaya aparacam” - VİDEO

Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda isə vətən olur. 44 günlük müharibədə Vətən torpağını qanı bahasına işğaldan azad edən Pərvin Əlizadən danışacam.

Pərvin 1993-cü ildə Bərdə rayon Qazaxlar kəndində doğulub. Əslən Laçın rayonunun Minkənd kəndindən olan Şəhidimiz Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 2016-ci ildə hərbi xidmətə gedən Pərvin Əlizadə 2017-ci ildə xidmətinin başa vurur. Həqiqi hərbi xidmətini Fövqalədə Hallar Nazirliyində keçib.

Azərbaycan Ordusunun leytenantı olan Pərvin Əlizadə ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Valideynləri deyir ki, tək arzusu var idi. Vətən torpağını azad görmək.

Pərvin Bərdə rayonunun Birinci Qazaxlar kəndində dəfn olunub. Pərvin Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Mənbə: www.realtv.az