Rusiya ilə gizli razılaşma: Paşinyanı kim xilas etdi? - BAŞ TUTMAYAN ÇEVRİLİŞ

Rusiya ilə gizli razılaşma: Paşinyanı kim xilas etdi? - BAŞ TUTMAYAN ÇEVRİLİŞ

Millət vəkili Arzu Nağıyev Ermənistanda baş verən hadisələr barədə fikirlərini bildirib.

Redaktor.az-a açıqlama verən siyasətçi maraqlı məqamlara toxunub. O bildirib ki, Ermənistanda sanki Qərb və Rusiyanın eksperimenti keçirilir:

“Əvvəlcə Baş nazir Nikol Paşinyanın məhs 44 günlük müharibədə cinayətkar olduğu məsələsini ortaya qoymağa çalışdılar, uduzmağın onunla bağlı olduğunu vurğuladılar. Bu məsələ baş tutmadıqda müxalifət keçmiş Baş nazir Vazgen Manukyanı ortaya çıxardı. Daha sonra Koçaryan və Sarkisyan kartına əl atdılar. İndi də hərbiçilər ortaya çıxıb, Baş Qərərgah rəisinin istefa tələbi. Yəni nəyin bahasına olur olsun Nikol Paşinyan getməlidir. Nikol Paşinyan bəzi siyasətçilərdən fərqli olaraq hələ ki, dayanır. Ümumiyyətlə, Ermənistanda 44 faiz insan onu dəstəkləyir. Çünki bütün bu proseslərdən öncə dövlət rəhbərləri olan şəxslər hazırki duruma görə birbaşa cavabdehdilər. İnanmıram ki, Baş nazir istefa versin, mitinqlər davam edəcək. Rusiya nə qədər ki, Nikol Paşinyanı əvəz edəcək şəxs tapmıyıb, bu proseslərin sonu yoxdur, Nəzərə alaq ki, Qərb də birmənalı şəkildə Nikol Paşinyanı dəstəkləyir".

Millət vəkili Rusiyanın Ermənistan üçün açar fiquru olduğuna görə, Nikol Paşinyanın getməsinə “hə” deməli olduğunu bildirib.

“Çünki “İskəndər” raketləri ilə bağlı Nikol Paşinyanın açıqlaması ajeotaj yaratdı, sonradan isə özünün səhv məlumatlandırıldığını bildirdi. Belə görünür ki, Rusiya hələ ki, onunla razılaşı".

Aysel Hacıyeva / Redaktor.az

Mənbə: redaktor.az