Belarus Tixanovskayanı ekstradisiya etmək istəyir

Belarus Tixanovskayanı ekstradisiya etmək istəyir

Belarusun İstintaq Komitəsi Baş Prokurorluğa ölkə müxalifətinin lideri Tixanovskayanın Litvadan ekstradisiyası üçün lazım olan sənədləri təqdim edib.
Cebhe.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İstintaq Komitəsinin sənədlərində qeyd edilib ki, Tixanovskayanın ətrafında olan yaxın məsləkdaşlarından biri ötən ilin avqust ayında inzibati binanı işğal etməyə cəhd göstərib.
Sənəddə vurğulanıb ki, həmçinin həmin vaxt kütləvi aksiyalar keçirilərək qanun pozuntularına yol verilib.

Tixanovskaya isə öz növbəsində bəyan edib ki, aksiyalar mart ayında yenidən başlayacaq.

Sevinc Tapdıqqızı

Mənbə: cebhe.info