İranın ŞOK PLANI üzə çıxdı - “Türkiyə Tehranın səsini kəsməlidir”

İranın ŞOK PLANI üzə çıxdı -  “Türkiyə Tehranın səsini kəsməlidir”

Son günlərdə iranlı rəsmilərin Ankara əleyhinə açıqlamaları Türkiyə mediasında müzakirə mövzusuna çevrilib.

Metbuat.az xəbər verir ki, “haber7” portalında dərc olunan məqaləyə görə, Türkiyənin İraqda və Suriyada həyata keçirdiyi antiterror əməliyyatları İranı narahat edir. Müəllif iddia edir ki, Tehran açıq şəkildə bəyan etməsə də, əsas plan Türkiyəyə qarşı qruplaşmaları müdafiə etməkdir. Məqalədə qeyd olunur ki, əvvəllər İsrail və ABŞ kimi ölkələr də Ankaranın antiterror əməliyyatlarını sərt tənqid edirdi. Lakin Ankara addımları ilə onları susdurmağı bacardı. “Türkiyə Tehranın da səsini kəsməlidir” - deyə məqalədə vurğulanır.

Qeyd edək ki, Türkiyənin Garada həyata keçirdiyi əməliyyatlar İranın Bağdaddakı səfirliyi tərəfindən sərt tənqid olunmuş, Ankaranın İraqın torpaq bütövlüyünü pozduğu ifadə edilmişdi.

Anar Türkeş 

Mənbə: metbuat.az