Prezidentin 4 saatlıq mətbuat konfransı İtaliya mediasında

Prezidentin 4 saatlıq mətbuat konfransı İtaliya mediasında

İtaliyanın “İl Giornale”, “Messenger News”, “Focus News 24”, “Kmetro”, “Metroct”, “Politicamente Corretto”, “EurasiaNews”, “Globus Magazine”, “Agenzia Nova” kimi mətbu orqanları Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar olaraq yerli və xarici media nümayəndələri üçün keçirilmiş mətbuat konfransında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlərə dair məlumatlar dərc edib.

Cebhe.info xəbər verir ki, məlumatlarda 50 dən çox yerli və xarici media nümayəndələrinin iştirak etdiyi mətbuat konfransının 4 saatdan çox davam etdiyi və Prezident İlham Əliyevin 35 jurnalisti maraqlandıran 50-yə yaxın sualı cavablandırdığı vurğulanıb. Məlumatlarda Prezident İlham Əliyevin açılış nitqində 1992-ci ilin 25-26 fevral tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən 613 mülki azərbaycanlının qətlə yetirildiyi Xocalı faciəsindən bəhs etdiyi bildirilib. Yazılarda jurnalistlərin suallarını cavablandıran ölkə başçısının Vətən müharibəsinin nəticələrinə dair məlumat verdiyi, sözügedən müharibəni məcburi tədbir adlandırdığı, ölkəmizin həmlə dəstələrinin düşmənin müdafiə xəttini yararkən əsl qəhrəmanlıq göstərdiyini və bu tədbirin bütün otuz illik səmərəsiz danışıqlardan daha effektli olduğunu bildirdiyi qeyd olunub.

Məlumatlarda Prezident İlham Əliyevin fikirlərinə istinadən qeyd olunub ki, “Biz öz sərhədimizdə dayanmışıq və erməni əhalisinə qarşı hər hansı bir zərərli addımlar atmırıq. Biz orada “Azərbaycana xoş gəlmisiniz” lövhəsi asmışıq və mən anlamıram, bu nəyə görə Ermənistanda hər hansı bir qıcıq doğurur. Biz yalnış heçnə yazmamışıq”. Yazılarda Prezident İham Əliyevin çıxışında səsləndirdiyi fikirlərə istinadən bildirilib ki, Azərbaycan mümkün olmayanı 44 gün ərzində reallığa çevirib, Xocalı qurbanlarının intiqamını döyüş meydanında alıb. Vurğulanıb ki, “biz Xocalıya da qayıdacağıq. Biz özümüzə məxsus olanı qaytarmışıq və nümayiş etdirmişik ki, bizim sözümüz və əməlimiz eyni dəyərə malikdir”. Məlumatlarda, həmçinin ölkə başçısının Ermənistanın 3 tərəfli 10 noyabr bəyanatının icrasını pozmağa cəhd göstərəcəyi halda bunun Ermənistan üçün zərərverici və sui-qəsd olacağını, sülh üçün şərtin Ermənistan tərəfindən hər hansı bir revanşizm və qisas cəhdləri olmamasından ibarət olduğu, hər hansı bir revanş və ya qisas cəhdlərinin Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacağını bildirdiyi qeyd olunub.

Yazılarda Prezident İlham Əliyevin Ermənistanda baş verən böhrana münasibətdə bu tragikomediyaya son qoyulmalı olduğunu bildirdiyi qeyd olunub.
“Hazırda Ermənistanda baş verən böhrana baxmayaraq, 10 noyabr bəyanatı icra ediləcəkdir, müharibənin nəticələri dəyişməz olaraq qalır, biz yeni reallıq yaratdıq. Ermənistan və digər ölkələr bu reallıqla barışmalıdır” – deyə, ölkə başçısının fikirlərinə istinad olunub. Dərc olunmuş yazılarda əcnəbi əsgərlərə münasibətdə Prezident İlham Əliyevin jurnalistlərin suallarını cavablandırarkən onların Azərbaycan ərazisində fəaliyyət göstərməsinin müvəqqəti xarakter daşıdığını, xüsusi missiya icra etdiklərini, bunun hərbi baza anlamına gəlmədiyini, beş ildən sonra Azərbaycanın bu məsələ ilə bağlı fərqli fikir sərgiləcəyi halda onların fəaliyyətinə son veriləcəyini, onların bu gün Azərbaycan ərazisində olması, eyni zamanda, azad edilmiş torpaqlara Azərbaycan əhalisinin qayıtması üçün də müsbət rol oynayacağını, Azərbaycan ərazisində hər hansı bir başqa xarici qüvvələrin yerləşməsinin müzakirə mövzusu olmadığını, işğaldan azad olunmuş ərazilərin təhlükəsizliyinin təmin edildiyini, müntəzəm reydlər keçirildiyini, buna görə vəziyyətin tam nəzarət altında olduğunu bildirdiyi qeyd olunub. Məlumatlarda, həmçinin “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasına dair Prezident Ilham Əliyevin fikirlərinə yer verilib. Bildirilib ki, “Bu, bölgəmizin sabitliyini qorumağa və atəşkəsin əldə olunmasına mühüm töhfə olacaqdır.

Sülh tədricən addım-addım regiona gələcək. Bizim istəklərimizi və məqsədlərimizi reallaşdırmaq üçün strateji baxışımız vardır”. Yazılarda mətbuat konfransında, habelə Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin qovulduğu ərazilərə qayıtmasının qrafiki məsələsinə də toxunduğu, onların ərazilərə qayıtmasından öncə ərazilərin minalardan təmizlənməli olduğunu, ziyanın qiymətləndirilməsinin tamamlanmalı, infrastruktur bərpa edilməli, şəhər və kənd planlamasının tamamlanmalı olduğunu bildirdiyi qeyd olunub. Habelə Prezidentin sözlərinə istinadən vurğulanıb ki, Qarabağ yaşıl enerji zonası elan edilib və Füzuli Beynəlxalq Hava Limanının bu payız istifadəyə verilməsi planlaşdırılıb. Hazırda həmin hava limanı ilə yanaşı Şuşa şəhərinə də iki magistral yolun tikildiyi, Laçın və Zəngilan hava limanları da inşa ediləcəyi, Zəngilanın əhəmiyyətli bir lojistik mərkəzinə çevriləcəyi vurğulanıb.

Prezident İlham Əliyevin davamlı sülh və təhlükəsizliyin 10 noyabr bəyanatına sadiq qalmaqla, revanşizmdən çəkinmək və əməkdaşlığa üstünlük verməklə təmin edilə biləcəyini, məqsədin üçtərəfli əsasda rabitəni bərpa etmək və Zəngəzur dəhlizini yaratmaq olduğunu, bunun reallığa çevriləcəyi halda Ermənistanın da sülhdən faydalanacağını bildirdiyi qeyd olunub. Sonda yazılarda ölkə başçısı tərəfindən erməni tərəfinin minalanmış sahələrin xəritələrini təqdim etməməsini cinayət kimi qiymətləndirdiyi, bu səbəbdən müharibə bitdikdən sonra həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında həlak olanların olduğunu, minalanmış sahələrin xəritələrini ölkəmizə verməməyin dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə və şikəstliyə məhkum etmək demək olduğu qeyd olunub.

Cebhe.info

Mənbə: cebhe.info