BMT müstəqilliyimizi dəstəkləyir - VİDEO

BMT müstəqilliyimizi dəstəkləyir - VİDEO

1945-ci ildə dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılan Birləşmiş Millətlər Təşkilatına üzv olan dövlətlərdən biri də Azərbaycandır. Ölkəmizin BMT-nin üzvlüyünə qəbul olunmasından 29 il ötür. Fəaliyyətini sülh və təhlükəsizlik, inkişaf və insan hüquqları üzərində quran BMT 1992-ci il martın 2-də Azərbaycanla əməkdaşlığa başlayandan ərazi bütövlüyümüzün suverenliyini təsdiqləyən və münaqişənin sülh yolu ilə həll olunmasına yönələn bir sıra qətnamələr qəbul edib, bəyanatlar verib.

Azərbaycan BMT-yə yeni üzv olandan dərhal sonra Təhlükəsizlik Şurası Azərbaycanın toxunulmazlığını təsdiq edən dörd, Baş Assambleya isə iki qətnamə qəbul edib. Bu qətnamələr hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin ərazilərimizdən çıxarılması tələblərini irəli sürməklə Azərbaycanı dəstəklədiyini sübut edib.

Ermənistana himayədarlıq edən Fransa Vətən müharibəsində Ermənilərin xeyrinə qətnamə qəbul etməyə cəhd göstərsə də, BMT bunun beynəlxalq norma və prinsiplərə zidd olduğunu əsas gətirərək bunu qəbul etmədi. Yəni Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Bu baxımdan vaxtilə BMT-nin Azərbaycanda məcburi köçkün, qaçqın uşaq və yeniyetmələrin vəziyyətinin yaxşılaşdırılması, yardımların ayrılması istiqamətində atdığı addımlar bunun əyani sübutudur.

29 il müddətdə BMT Azərbaycanın əsas orqanları, ixtisaslaşmış və digər qurumları ilə əməkdaşlıq etməsi ilə də diqqət çəkib. Uzun illər əməkdaşlıq əlaqələrinin yüksək olduğu BMT ilə Azərbaycanın İqtisadiyyat Naziriyi arasında ötən gün yeni sənəd imzalanıb. Bütün sahələrdə əməkdaşlıq əlaqələrini inkişaf etdirən Azərbaycan BMT-nin ən etibarlı üzv dövlətlərindən biridir.

Mənbə: www.realtv.az