“Məni buna görə söyürlər…” – Mixail Qorbaçovun 90 yaşı tamam oldu

“Məni buna görə söyürlər…” – Mixail Qorbaçovun 90 yaşı tamam oldu

“Mən həyatda və siyasətdə prinsipial qərarlar qəbul etmişəm. Onları bu gün də dəyişməzdim. Dövlət başçısı olarkən yürütdüyüm siyasətdə səhvlərim oldu. Bu gün baxdıqda buraxdığım səhvlər aydın görünür”.

Turkustan.info xəbər verir ki, bu sözləri SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov TASS-a verdiyi müsahibəsində deyib.

Qorbaçov deyib ki, onu adamlara həddən artıq güvənməkdə tənqid edirlər: “Əgər mən insanlara etibar etməsəydim yenidənqurma ümumiyətlə başlanmayacqdı. Məni aşkarlığa görə söyürlər. Amma aşkarlıq olmasaydı ölkədə heç nə dəyişməyəcəkdi”.

M.Qorbaçov Yenidənqurmanın iqtisadi və siyasi islahatların üst-üstə düşməməsi səbəbindən uğursuz olduğu barədə deyilənlərlə razılaşmayıb.

“Əgər siyasi islahatlar olmasaydı istənilən iqtisadi islahat cəhdi bürokratik bataqlıqda boğulacaqdı. Bu,bizim tariximizdə olub. Yenə də təkrar olunacaqdı. Bizə adətən Çini nümunə göstərirlər. Amma orada özünü təsdiq etmiş varianata çıxmaq üçün illər lazım oldu. Bizim ölkəyə isə şok terapiyası yox, mərhələli bazar islahatları lazım idi.90-cı illərdə radikallar buna əl atdılar, bu isə Rusiyaya baha başa gəldi”.

Qorbaçov deyib ki, hazırkı Rusiyaya da dəyişikliklər vacibdir. Bu ölkənin adamlar üçün ləyaqətli və normal həyat qurması prosesidir: “İnsanlar dəyişiklik istəyirlər”.

Qeyd edək ki, Mixail Qorbaçovun bu gün 90 yaşı tamam olur. (azpost.info)

Mənbə: turkustan.info