Ermənistan 2011-ci ilin Vyana sənədi çərçivəsində razılaşdırılan Türkiyə müfəttişliklərini dayandırıb

Ermənistan 2011-ci ilin Vyana sənədi çərçivəsində razılaşdırılan Türkiyə müfəttişliklərini dayandırıb

Bu il fevralın 1-12-də Türkiyənin Qars şəhərində keçirilmiş Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin birgə genişmiqyaslı “Qış 2021” hərbi təliminə Ermənistan tərəfindən müşahidəçilər dəvət olunmayıb. Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən bildiriblər.

Birmənalı olaraq Ermənistan Müdafiə Nazirliyindən bildirirlər ki, 2020-ci il iyulun 12-dən etibarən Ermənistan-Azərbaycan sərhədinin vermiş gərginlik zamanı Türkiyənin Azərbaycana nümayiş etdirdiyi dəstəkdən sonra Ermənistanın ATƏT-dəki missiyası müraciət edib, Ermənistanın bundan sonra Avropada Adi Silahlı Qüvvələr (AASQ) haqqında müqavilə və 2001-ci ilin Vyana sənədi çərçivəsində Türkiyə müfəttişliklərinin və ya qonaq statusunda türk müfəttişlərin Ermənistan ərazisində keçiriləcək yoxlama səfərlərini dayandırdığını bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az