Ermənistanın etnik azlıqları da Paşinyanın istefası tələbinə qoşulublar

Ermənistanın etnik azlıqları da Paşinyanın istefası tələbinə qoşulublar

“Sentyabrın 27-də erməni ordusunun yanında dayanmış yezidi icmasının sakinləri Baş nazir Nikol Paşinyanın istefasına qoşulurlar”. Ordu.az xəbər verir ki, bunu Ermənistanın yezidi icmasının nümayəndəsi Ayser İsoyan deyib.

“Yezidi dəstəsi bu gün hələ də sərhəddə növbətçilik çəkir. Müdafiə Nazirliyinin tərkibində ayrıca yezidi bölməsi yaradılacaq. Bölmə göstərəcək ki, yezidi erməni məsələsinin tələb sahibidir. Biz 100 000 yezidi Baş Qərargah rəisi Onik Qasparyanın, zabit və komandir heyətinin yanında dayanmışıq”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az