Ermənistan prezidenti Tsarukyanla görüşdü - Paşinyana qarşı ittifaq

Ermənistan prezidenti Tsarukyanla görüşdü - Paşinyana qarşı ittifaq

Ermənistan prezidenti Armen Sarkisyan və müxalif Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Tsarukyan arasında görüş keçirilib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüşdə Onik Qasparyanın işdən çıxarılma qərarının imzalanması məsələsi, siyasi böhrandan çıxış yolları və digər problemlər müzakirə olunub.

Ermənistan mətbuatının səhifələrində isə liderlərin Paşinyana qarşı sövdələşmə üçün görüşdükləri barədə məlumatlar yayılıb.

Mənbə: www.unikal.org