Bakı istiqamətində “İsgəndər” raketi atılıb? – İDDİA

Bakı istiqamətində “İsgəndər” raketi atılıb? – İDDİA

“Ermənistan Qarabağ müharibəsi zamanı “İsgəndər” Operativ-Taktiki Raket Kompleksindən Azərbaycanın paytaxtı istiqamətində ən azı bir ballistik raket atıb”. Ordu.az xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, bu, noyabrda, altı həftə davam edən şiddətli döyüşlərdən sonra baş verib. Rusiya Ermənistanı “İsgəndər”dən istifadə etməyə çağırıb və sürətlə əraziləri ələ keçirmiş Azərbaycanı atəşkəs rejiminə razılıq verməyə məcbur etmək üçün fiziki cəhətdən raketin atılmasına dəstək verib.

“İrəvan dərhal, atəşkəsdən bir neçə gün əvvəl Bakı istiqamətində “İsgəndər” ballistik raketi atıb”, - deyə mənbə qeyd edib.

Atılmış raket Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasına cəlb edilmiş İsrail istehsalı “Barak-8” HHM sistemi tərəfindən vurulub.

Qeyd edək ki, bundan əvvəl Paşinyan da “İsgəndər” raketlərindən istifadə edildiyini və raketlərin partlamadığını bildirmişdi. Daha sonra Rusiya Müdafiə Nazirliyi müharibə zamanı bu raketlərdən istifadə edilmədiyini bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev də 4 saatlıq mətbuat konfransı zamanı “İsgəndər” raketlərinin istifadə edilmədiyini qeyd edib.

Daha sonra Paşinyan Putinlə telefon danışığı zamanı ona yalnış məlumat verildiyini bildirərək “İsgəndər”lə bağlı açıqlamasını təkzib edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az