ABŞ HHQ havadan erkən xəbərdarlıq təyyarə parkını yeniləmək istəyir

ABŞ HHQ havadan erkən xəbərdarlıq təyyarə parkını yeniləmək istəyir

ABŞ Hərbi Hava Qüvvələrinin zabiti aviasiya bölmələrinin istifadə etdiyi havadan erkən xəbərdarlıq və nəzarət (AWACS) təyyarələrinin yeniləri ilə əvəz edilməsini istəyir. Ordu.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Asiya-Sakit okean regionu üzrə komandiri general Kennet Vilbax danışıb.

O qeyd edib ki, Hərbi Hava Qüvvələrinin təcili olaraq “Boeing 737” təyyarələrinin bazasında yaradılan və bir sıra xarici operatorlar tərəfindən idarə olunan yeni E-7 “Wedgetail” model AWACS təyyarəsi alması lazımdır.

“E-3-ün etibarsızlığı səbəbindən nisbətən sürətli təyyarəyə ehtiyacımız var. Havaya qalxmaq getdikcə çətinləşir”, - deyə Bilbax deyib.

E-3 istehsalı 1978-ci ildə dayandırılmış olan “Boeing 707”nin köhnə modifikasiyası bazasında yaradılıb ki, bu da aşkarlama və istiqamətləndirmə kompleksi olan təyyarələr üçün ehtiyat hissələrinin tapılmasını çətinləşdirir.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az