“Yerkrapah” hərbi təşkilatı dağılmaq ərəfəsindədir

“Yerkrapah” hərbi təşkilatı dağılmaq ərəfəsindədir

Ermənistan Baş Qərargahının Paşinyanın istefasını tələb etməsi ilə bağlı bəyanatı yayıldıqdan sonra “Yerkrapah” təşkilatının sədri, Paşinyanın yaxın adamlarından hesab olunan Sasun Mikayelyan bəyanata qarşı çıxdı. Ancaq təşkilatın bir çox üzvü sədrlərinin yolunu getmədilər. Ordu.az xəbər verir ki, bu dəfə təşkilat Aparan şəhərindəki şöbəsinin rəhbəri Ermənistan Baş Qərargahını dəstəkləyən açıqlama verib.

“Aparanın “Yerkrapah” birliyi şöbənin sədri Hraçik Hakobyanın yimsalında Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatını alqışlayır və Baş Qərargah rəisinə, bütün ordunun zabit heyətinə öz dəstəyini bildirir. Eyni zamanda bütün “Yerkrapah” strukturlarını Baş Qərargah rəisinə qoşulmağa və dəstək verməyə çağırır”, - deyə açıqlamada qeyd olunub.

Bundan əvvəl təşkilatın Nor-Nork regional şöbəsinin sədri Aram Poğosyan orduya dəstək olaraq vəzifəsindən istefa verib.

Kacaran regional strukturunun rəhbərliyi də təşkilatın sədrinə qarşı çıxaraq Ermənistan ordusunu dəstəkləyib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az