Vaşinqton Ukrayna üçün 125 milyon dollarlıq hərbi yardım elan edib

Vaşinqton Ukrayna üçün 125 milyon dollarlıq hərbi yardım elan edib

ABŞ Müdafiə Nazirliyi Ukrayna üçün 125 milyon dollarlıq hərbi yardım paketini elan edib. Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

ABŞ-ın “Xarici Hərbi Maliyyələşdirmə” adlı proqramı tərəfindən maliyyələşdirilən paket çərçivəsində digər dövlətlərə ABŞ istehsalı olan müdafiə sistemlərini satın almaları üçün pul verilir.

Paket “SAFE Boats International” tərəfindən istehsal olunan “Mark VI” patrul gəmilərinin, artilleriya əleyhinə radarların, taktiki avadanlıqların alnmasını nəzərdə tutur.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az