“Yeni Azərbaycan Partiyası həmişə rüşvətxor məmur istehsalı ilə məşğul olub” - Hafiz Hacıyev

“Yeni Azərbaycan Partiyası həmişə rüşvətxor məmur istehsalı ilə məşğul olub” - Hafiz Hacıyev

İddia olunur ki, martın 5-də keçiriləcək olan qurultayda çox sayda məşhur YAP-çı rəhbər strukturlardan kənarlaşdırılacaq...

 

MMP sədri: “Bu Yeni Azərbaycan Partiyası deyil, Ramiz Mehdiyevin partiyasıdır. Ramiz Mehdiyevin partiyası isə buraxılmalıdır. Bi islahatların səməsinin artırılması və uğurla başa çatdırılması üçün lazımdır”.

Bu gün yayılan məlumata görə martın 5-də hakim Yeni Azərbaycan Partiyasının qurultayı keçiriləcək. Qurultay qərarı hələlik ictimaiyyətdən gizli saxlanılır.

İddia olunur ki, martın 5-də keçiriləcək olan qurultayda çox sayda məşhur YAP-çı rəhbər strukturlardan kənarlaşdırılacaq. Onlar yaşlı və ictimai rəydə nüfuzu azalan simalardır. Onların yerinə gənc kadrlar seçiləcək.

Bəs 28-ilə yaxındır ki, Azərbaycanda siyasi hakimiyyətdə olan bu partiyanın gəncləşdirilməsi cəmiyyətimizə və siyasi mühitə necə təsir edəcək? Ümumiyyətlə YAP-ın gəncləşdirilməsi cəmiyyətdə və siyasi mühitdə qarşıdurmanı və qütbləşməni artıra bilərmi, yoxsa əksinə, hakim partiyadakı islahatlar vətəndaş həmrəyliyinin artmasına səbəb olacaq?

YAP-ın keçiriləcək qurultayının mümkün nəticələrini PİA.az-ın əməkdaşı MMP sədri Hafiz Hacıyevlə müzakirə edib.

Hafiz Hacıyev: “Bu partiyanın üzvləri insan hüquqlarına və korrupsiyayaya bulaşmalarına görə prezidenti qınaq obyektinə çeviriblər”.

Yeni Azərbaycan Partiyasını Ramiz Mehdiyevin partiyası adlandıran MMP sədri bildirib ki, islahatların səmərəliliyini artırmaq üçün PA-nın sabiq rəhbərinin partiyası buraxılmalıdır:

“Düşünürəm ki, əgər Yeni Azərbaycan Partiyasında bu komanda qalsa, partiya nəyinki güclənəcək, əksinə daha da zəiflənəyək. Partiyanın idarə heyəti və ümumiyyətlə Yeni Azərbaycan Partiyası həmişə rüşvətxor, məmur istehsalı ilə məşğul olub. Bu Yeni Azərbaycan Partiyası deyil, Ramiz Mehdiyevin partiyasıdır. Ramiz Mehdiyevin partiyası da buraxılmalıdır. Bu islahatların səmərəliyinin artırılması və uğurla başa çatdırılması üçün lazımdır.

Ali Baş komandan xalqla bir yerdədir. Amma Qaçqınkomun sədri Əli Həsənov, Metropoliteninin keçmiş rəhbəri Tağı Əhmədov, xəyanətkar Əli Əhmədov kimi insanlar partiyada təmsil olunurlar. Buna görə də düşünmürəm ki, bu partiya özünü doğrultmadı və xalq arasında mənfi imic formalaşdırdı. Bu partiyanın üzvləri insan hüquqlarına və korrupsiyayaya bulaşmalarına görə prezidenti qınaq obyektinə çeviriblər.

Korrupsiyaya görə həbs edilən bütün məmurlar Yeni Azərbaycan Partiyasının üzvləridir. Bunlara nazirlərdən tutmuş icra hakimiyyət başçılarını və onların müavinlərini misal göstərmək olar. Buna görə də düşünürəm ki, bu partiya Heydər Əliyevin qurduğu partiya deyil. Əli Əhmədovun Ramiz Mehdiyevin tapşırığı ilə nə qədər rüşvətxor, korrupsioner var hamısını YAP-a gətirdi. Düşünürəm ki, prezident də bu barədə öz şəxsi fikrini bildirib və sözünü deyəcək”.

Mənbə: pia.az