YAP Ağsu rayan təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyasını davam etdirir

YAP Ağsu rayan təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyasını davam etdirir

YAP Ağsu rayon təşkilatının nümayəndələri “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələri, sağlamlığını itirmiş qazilərimiz mütəmadi olaraq ziyarət edirlər. Aksiya çərçivəsində növbəti ziyarət Vətən müharibəsinin şəhidləri Sübhan Cəfərov Mehman oğlu, Fərid Nəcəfov Fərman oğlu, Şaiq Cavadzadə Faiq oğlunun məzarlarının ziyarət edib, önünə gül dəstələri qoyublər, ruhlarına dualar oxunub.

Sonra YAP Ağsu rayon təşkilatının üzvləri şəhid ailələrinin üzvləri ilə görüşüb söhbət ediblər. Söhbət zamanı qeyd olunub ki, hər birimiz Vətən müharibəsinin şəhidlərinə, onların ailə üzvlərinə, Vətən uğrunda sağlamlığını itirən qazilərimizə, düşmənlə üz-üzə qəhrəmanlıq dastanı yazan müzəffər Ordumuzun qalib əsgərlərinə minnətdarıq. Diqqətə çatdırılıb ki, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər, Müzəffər Ordunun qalib əsgərləri daima dövlətimizin və Yeni Azərbaycan Partiyasının xüsusi diqqət və qayğısı mərkəzindədir.

Görüş zamanı bildirildi ki, şəhid Sübhan Cəfərov Mehman oğlu 1999-cu ildə Ağsu şəhərində anadan olmuşdur. Oktyabrın 10-da Suqovuşan istiqamətində gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucaldı. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhid Şaiq Cavadzadə Faiq oğlu 1995-cı ildə Ağsu rayonunun Ülgüc kəndində anadan olmuşdur. Oktyabrın 29-da Füzulinin işğaldan azad olunması uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Vətən uğrunda" medalları ilə təltif olunub.

Şəhid Nəcəfov Fərid Fərman oğlu 2001-ci il mayın 11-də Ağsu şəhərində anadan olmuşdur. Fərid oktyabrın 17-də Murovdağın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.

Görüşlər zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanıldı, onlara ərzaq sovqatı, maddi yardım göstərilib.

Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıdan razı olduqlarını bildiriblər və şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutan möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə və Birinci xanım, vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

Rəfiqə HÜSEYNOVA

Mənbə: sia.az