Lavrovdan ABŞ-a xəbərdarlıq: “Sanksiyalara mütləq cavab veriləcək”

Lavrovdan ABŞ-a xəbərdarlıq:  “Sanksiyalara mütləq cavab veriləcək”

Rusiya, şübhəsiz ki, ABŞ tərəfindən Aleksey Navalnı ətrafında vəziyyətlə əlaqədar yeni sanksiyalar tətbiq ediləcəyi təqdirdə cavab verəcəkdir. Azvision.az “İnterfax”a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Cavab mütləq olacaq. Heç kim diplomatiyanın qaydalarından birini - cavab hüququnu ləğv etməyib", - Lavrov əlavə edib.

Onun sözlərinə görə, xarici tərəfdaşlar Navalnı hadisəsində Rusiya ilə dürüst əməkdaşlıq etmək, heç olmasa hansısa şəkildə iddialarını əsaslandırmaq əvəzinə, Moskvanı “qaralamağa” və cəzalandırmağa davam edirlər.

Xatırladaq ki, “Reuters” öz mənbələrinə istinadən ABŞ-ın 2 martda Navalnı ilə əlaqədar vəziyyətə görə Rusiyaya qarşı sanksiya tətbiq etməyi planlaşdırdığını yazıb.
 

Mənbə: azvision.az