Paşinyan Şuşanın işğaldan azad edilməsi xəbərini Arayikdən öyrəndiyini deyib

Nikol Paşinyan şənbə-bazar günlərində 24 saatlıq rejimdə komanda yoldaşları ilə daxili siyasi vəziyyəti və dünənki mitinqin təşkilatçılıq məsələlərini müzakirə edib. Bazar günü “Mənim addımım” fraksiyası ilə görüşdə bir çoxlarının iştirak etməməsinə baxmayaraq, deputatlardan bir neçəsi Paşinyanı dolayı yolla günahlandırıb ki, onun seçkiləri ləğv etmək qərarı nəticəsində vəziyyət bu şəkildə ağırlaşıb. Deputatlar bildiriblər ki, nəyin bahasına olursa-olsun, növbədənkənar seçkilərə getmək lazımdır.

Bir qrup da Paşinyanı əmin edib ki, heç nə də baş verməyib və güzəştlərə getmək lazım deyil. Mitinq izdihamı ilə müxalifətçilərin ağzını bağlayacaqlarını deyiblər və 30-50 min insanı meydana çıxaracaqlarına söz veriblər.

“Hraparak” nəşri yazır ki, Paşinyan öz növbəsində Baş Qərargahın müharibə zamanı ona vəziyyəti düzgün məruzə etmədiyini danmayıb, Paşinyan Şuşanın işğaldan azad edilməsi xəbərini Arayikdən öyrəndiyini deyib

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda Ramazan ayının nə vaxt başlayacağı açıqlandı

SONRAKI XƏBƏR

Ermənilərin növbəti saxtakarlığı ifşa olundu