Rəsmi Səna Səudiyyə Ərəbistanına xəbərdarlıq etdi

Rəsmi Səna Səudiyyə Ərəbistanına xəbərdarlıq etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmən ordusu və "Ənsarullah" hərəkatı Safir bölgəsində neft yataqlarına yaxınlaşdıqdan sonra rəsmi Səna diplomatik yollarla Səudiyyə Ərəbistanına məktub ünvanlayıb.

Məktubda Safir bölgəsində yerləşən neft yataqları rəsmi Sənanın qırmızı xətii olaraq xarakterizə edilib.

"Əgər bölgəmizdəki neft yataqları bombalansa, Səudiyyə Ərəbistanının "Aramco" neft bazalarını hədəfə alacağıq. Bu barədə mövqeyimiz qətidir", - deyə məktubda diqqətə çatdırılıb.

Səudiyyə Ərəbistanı faktla bağlı mövqeyini açıqlamır.

Mənbə: eastnews.org