Zelenski əsgərlərlə birlikdə peyvənd olundu

Zelenski əsgərlərlə birlikdə peyvənd olundu

Ukrayna Prezidenti Vladimir Zelenski Donbassda koronavirusa qarşı peyvənd olunub. Azvision.az xəbər verir ki, bu barədə o, “Tvitter” hesabında yazıb.

"Peyvəndi cəbhədə əsgərlərimizlə birgə Ali Baş Komandan kimi etdim", - Zelenski bildirib.

O, dünyada milyonlarla insanın qəbul etdiyi Hindistanın iOxford/AstraZeneca (Covishield) peyvəndlərinin birinci olaraq Ukraynaya çatdırıldığını vurğulayıb.

"Peyvənd bir daha məhdudlaşdırılmalar olmadan yaşamağımızı təmin edəcək".
 

Mənbə: azvision.az