Ərdoğandan Qarabağla bağlı möhtəşəm TAPŞIRIQ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verib.

"Cənab Prezidentimizin tapşırığı ilə Qarabağ Zəfəri ilə yanaşı, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında Türkiyə və Azərbaycan birgə serial və film layihələri həyata keçirəcək".

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun söyləyib.

O bildirib ki, bu cür layihələrin həm milli, həm də dünya miqyasında mətbuat və rəqəmsal platformalarda yer alması təmin ediləcək: "Həmin layihələrdə tarix və ideallarımızın birliyini ən güclü şəkildə vurğulayacağıq. Serial və film sektorlarımızın birlikdə işləməsi və təcrübələrini paylaşması çox önəmlidir".

Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Qarabağ Zəfəri, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında film və serialların çəkilməsi Azərbaycan və Türkiyə dostluq və qardaşlığın simvolu olacaq.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Bu hələ kifayət deyil, Ermənistanı daha ağır günlər gözləyir - Politoloq Paşinyanın mitinqindən danışdı

SONRAKI XƏBƏR

ABŞ açıqladı: İranın nə edəcəyini bilmirik