Paşinyanın tərəfdarı: “Bizi torpaqlar maraqlandırmır”

Ötən gün Ermənistanda baş nazir Nikol Paşinyana dəstək mitinqinə qatılan vətəndaşlardan biri ölkədə müzakirələrə səbəb olan açıqlama verib. Azvision.az xəbər verir ki, mitinqdə Paşinyan tərəfdarı kimi iştirak edən erməni vətəndaş (adı açıqlanmayıb-red) jurnalistlərə müsahibəsində "bizi torpaqlar (Qarabağ-red.) maraqlandırmır", - deyə bildirib.

O, Serj Sarkisyan və Robert Koçaryan komandasının Ermənistanda yenidən hakimiyyətə qayıtmasını istəmədiyini söyləyib: "Qarabağ klanının hakimiyyətə gəlməyindənsə, qoy elə genişmiqyaslı müharibə olsun, uşaqlı-böyüklü hamı qırılsın".

Həmin şəxsin bu fikirləri sosial şəbəkələrin erməni seqmentində geniş müzakirə predmetinə çevrilib. Bir çoxları onu qınayaraq, haqqında tənqidi fikirlər səsləndiriblər.
 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Pay torpaqlarında aparılan tikintilərlə bağlı nazirlikdən XƏBƏRDARLIQ

SONRAKI XƏBƏR

Gürcüstan və Qazaxıstan arasında uçuşlar bu tarixdən bərpa olunacaq