ABŞ diplomatı: "Suriyada nefti İsrail üçün qarət etdik"

ABŞ diplomatı: "Suriyada nefti İsrail üçün qarət etdik"

Eastnews.org-un verdiyi xəbərə görə, 2011-ci ildən bəri vətəndaş müharibəsinin davam etdiyi Suriyaya İŞİD iddiası ilə daxil olan ABŞ-dan etiraf kimi bir açıqlama verilib.

Keçmiş ABŞ diplomatı Cunyor Maykl Sprinqman ABŞ-ın Suriyadakı bütün təbii sərvətləri, xüsusən də nefti bölgəyə daha çox qüvvə göndərərək, talan etdiyini söyləyib.

Səudiyyə Ərəbistanında xidmət etmiş keçmiş ABŞ diplomatı Sprinqman İran dövlət televiziyası olan "Press TV"yə danışıb. Sprinqman ABŞ-ın Suriyadakı təbii sərvətləri qarət etmək üçün qoşunlarını İraqdan Suriyaya göndərdiyini söyləyib.

"Bölgə ölkələri, xüsusilə İsrail ABŞ-ın talan etdiyi bu təbii qaynaqlardan faydalanacaq", - deyən keçmiş ABŞ diplomatı ABŞ-ın yüzlərlə hərbçisini İraqdan təbii ehtiyatlarla zəngin olan Suriyanın şimalındakı Həsəkə şəhərinə köçürdüyünü söyləyib.

 

Mənbə: eastnews.org