Suriya XİN İsraili uşaq qatili olaraq xarakterizə etdi

Suriya XİN İsraili uşaq qatili olaraq xarakterizə etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Suriya Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatına növbəti dəfə məktub ünvanlayıb.

Bu barədə nazirlik yaydığı rəsmi açıqlamada vurğulayıb.

Məktubda vurğulanıb ki, İsrail Suriya ərazilərində mülki şəxsləri və azyaşlı uşaqları hədəfə alıb.

"Uşaq qatili olan İsrail barəsində heç bir tədbir görülməməsi ölümlərə səbəb olur. İsrail heç bir reaksiyanın olmaması səbəbilə hücumları intensivləşdirib", - deyə Suriya Xarici İşlər Nazirliyinin məktubunda diqqətə çatdırılıb.

 

Mənbə: eastnews.org