Gürcüstanda polis ilə nümayişçilər arasında qarşıdurma yaşandı - Foto

Gürcüstanda polis ilə nümayişçilər arasında qarşıdurma yaşandı - Foto

Eastnews.org-un verdiyi xəbərə görə, Gürcüstanda əsas müxalifətdəki Birləşmiş Milli Hərəkatın lideri Nika Meliyanın həbsinə etiraz edən aktivistlərlə polis arasında qarşıdurma yaşanıb.

Paytaxt Tbilisidə küçələrə çıxan etirazçılar ötən həftə saxlanılan və daha sonra həbs olunan Meliyanın sərbəst buraxılmasını istəyiblər.

Aktivistlər parlament binasının ətrafına toplaşaraq, deputatların parlamentə girməsinin qarşısını almağa çalışıblar.

Polisin çağırışına baxmayaraq, yolu bağlamağa çalışan bəzi nümayişçilər saxlanılıb.

Ölkədəki müxalifət 31 oktyabr 2020-ci il tarixində keçirilən seçkilərin şəffaf olmadığını iddia edərək, seçkilərin yenilənməsini istəyir.

Mənbə: AA

Mənbə: eastnews.org