Paşinyan müxalifət liderinə ZƏNG ETDİ

Paşinyan müxalifət liderinə ZƏNG ETDİ

Ermənistan baş naziri Nikol Paşinyan müxalifət partiyası “İşıqlı Ermınistan” partiyasının lideri Edmin Marukyana zəng edərək onunla görüşmək istədiyini bildirib.

ONN media xəbər verir ki, Paşinyan Marukyana ölkədəki vəziyyəti müzakirə etməyi təklif edib. Bu barədə məlumat verən Marukyan deyib ki, Paşinyan ona növbədənkənar parlament seçkilərini müzakirə etməyi təklif edib. “Biz yəqin ki, sabah görüşəcəyik və o zaman bütün məsələləri müzakirə edəcəyik”- Marukyan qeyd edib.

O əlavə edib ki, əgər razılıq əldə olunarsa, o zaman təcili növbədənkənar parlament keçirilməsi mümkün olacaq.

Paşinyan növbədənkənar parlament seçkilərinə hazırdır və bunua hansısa müxalifət lideri ilə müzakirə etmək istəyir.

Marukyan onu da əlavə edib ki, o Paşinyandan Baş Qərargah rəisi Onik Qasparyanın Serj Sərkisyanın əmrlərini icra etməsi barədə faktları sübut etməyi tələbə edir.

Onu da qeyd edək ki, Edmon Marukyan bu gün prezident Armen Sərkisyanla görüşüb. Görüşdə ölkədəki siyasi böhranlı vəziyyət, növbədənkənar parlament seçkiləri və konstitusiyaya dəyişiklik məsələləri müzakirə olunub.(ölkə.az)

Mənbə: onn.az