Ermənilərin növbəti saxtakarlığı ifşa olundu

Ermənilərin növbəti saxtakarlığı ifşa olundu

Avropanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimiz erməni yalanlarını üzə çıxarıb

Niderlandda fəaliyyət göstərən və faşist Qaregin Njdenin adını daşıyan radikal erməni təşkilatı Niderlanddakı Azərbaycan səfirliyinin qarşısında qondarma Sumqayıt soyqırımını anım aksiyasında istifadə etdikləri elan posterində Azərbaycanın ən qanlı tarixlərindən biri olan Xocalı soyqırımında çəkilən fotonu özlərininki kimi təqdim ediblər.

Avropa Azərbaycanlıları Media Qrupun rəhbəri Emil Əliyev bildirib ki, onlar bu yalanı araşdıraraq qısa zaman içində kampaniya başlayıb.

Niderland, İtaliya və Avropanın digər ölkələrində yaşayan həmyerlilərimizlə bərabər Facebook sosial şəbəkəsindəki səhifənin şərh bölümünə və mesaj bölümünə yüzlərlə şərh və mesaj yazaraq həmin paylaşımı sildirməyə nail olublar.

Posterdə qeyd olunub ki, Sumqayıt hadisələsini unutmayacaqlar, amma istifadə etdikləri şəkil kimi soyqırım da uydurmadır.

REAL-ın AVROPA bürosu

 

Mənbə: www.realtv.az