Erməni siyasi xadim: "Hovhannisyan yalan hesabatları ilə aldadanda düşünürdüm ki, Qasparyan üsyan etməlidir"

Erməni siyasi xadim: "Hovhannisyan yalan hesabatları ilə aldadanda düşünürdüm ki, Qasparyan üsyan etməlidir"

"Əgər indi yazmasam, artıq bu barədə yazmayacam. Onik Qasparyanı çoxdan, İcevan hərbi hissəsinin komandiri, sonra korpus komandiri olduğu vaxtdan tanıyıram".
Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Voskan Sarkisyan öz "Facebook" səhifəsində yazıb.

"Həmişə sərhədlə bağlı materiallar yazırdım, bəzən qırğın mübahisələrimiz olurdu, lakin bu adamı vətənpərvər, qətiyyətli zabit kimi tanıdım.

Düzünü desəm, Artsrun Hovhannisyan xalqı cəbhədən yalan qələbə hesabatları ilə aldadanda düşünürdüm ki, Onik Qasparyan üsyan etməli, ordu vətən ərazilərinin təhvil verilməsinin qarşısını almalıdır.

Lakin görünür çox şeyi bilmirik, sonra biləcəyik", - deyə o qeyd edib.
 

Mənbə: ordu.az