Manukyanın hərəkatı prezidentlə fövqəladə görüş tələb etdi - Müxalifət təşvişdə

Ermənistanda "Vətənin xilası naminə hərəkat" prezident Armen Sarkisyanla fövqəladə görüş tələb edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Vazgen Manukyanın başçılıq etdiyi hərəkat prezidentin baş qərargah rəisi Onik Qasparyanın işdən çıxarılması qərarı barədə mövqeyindən narazı qalıb. Hərəkat prezidentlə təcili görüşmək tələbi ilə çıxış edib.

Müxalifət A.Sarkisyandan qərarın qüvvəyə minməsinin qarşısını almağı tələb edir.

Qeyd edək ki, Armen Sarkisyan sözügedən qərarı imzalamayıb, lakin Ermənistan konstitusiyasına görə, qərar bu mərhələdən sonra avtomatik qüvvəyə minəcək.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Jirinovski SSRİ-ni dağıdanların adlarını çəkdi, Qorbaçova isə haqq qazandırdı

SONRAKI XƏBƏR

Erməni siyasi xadim: "Hovhannisyan yalan hesabatları ilə aldadanda düşünürdüm ki, Qasparyan üsyan etməlidir"