Pensiya almaq istəyənlərin uzun növbəsi nədən yaranıb? - “Rayon xəstəxanalarının sənədləri qəbul olunmur”

Ötən gün M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının poliklinka şöbəsində yaşanan izdiham sosial şəbəkədə müzakirələrə səbəb oldu.

Belə ki, ağır xəstəliklərinə görə dövlət tərəfində yardım alan və rayonlarda qeydiyyatda olan şəxslər müayinə üçün Bakıdakı xəstəxanalara göndərilir. Nəticədə bu da xəstəxanalarda sıxlığa səbəb olur.

Xüsusən də, pandemiya dönəmində bu qədər insanın bir yerə toplaşması arzuedilməzdir. Çünki kütləvi yoluxma təhlükəsi yaradır. Poliklinika da bunun fərqindədir və TƏBİB-ə müraciət edib.

Poliklinikada çox sayda insanların nə üçün toplaşması, uzun növbə yaratmasının səbəbləri maraqlıdır. Həkimlər bildirir ki, xəstələr öz xəstəlik dərəcələrinə görə müəyyən müddət müalicə olunmalı və bir müddət xəstəxanada yatmalıdır. Xəstələr isə bildirir ki, regionlardakı xəstəxanalarda onlara verilən sənəd qəbul edilmir. Yəni, həmin insanlar öz qeydiyyatda olduqları rayonlardakı xəstəxanaya qəbul edilsələr də, bu qəbul edilmir.

Bu səbəbdən də xəstələr Bakıya gəlməli, burada qalmalı olurlar. Bu da pensiya alan xəstələrə həm maddi, həm də digər tərəflərdən problem yaradır. Üstəlik də poliklinikada uzun növbələr yaranır ki, pandemiya dövründə bu, heç də digər məsələlərdən az narahatedici deyil.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib ki, bu prosesdə ən son müraciət onlara gəlir:

“Bizə o xəstələrin xəstəlik dərəcələri ilə bağlı məlumatlar elektron formada gəlir və biz də cavabı eyni formada göndəririk. Prosesin şəffaf olması üçün xəstələrin heç bir şəxsi məlumatları daxil edilmir. Yəni biz sadəcə sənədlərə baxıb qiymətləndiririk”.

Qanuna görə, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları , əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti tibbi-sosial ekspert komissiyaları tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur.

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Baykonurdan Rusiyaya aid məxfi elektronika oğurlanıb?

SONRAKI XƏBƏR

ABŞ 27 Avropa ölkəsini arxasına aldı və...