Baş Qərargah rəisi azad edilir Prezidentin “xeyir-duası” olmadan

Baş Qərargah rəisi azad edilir  Prezidentin “xeyir-duası” olmadan

Ermənistanın Baş Qərargah rəisi ölkə prezidentinin təsdiqi olmadan vəzifəsindən azad ediləcək. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu bardə Ermənistan prezidenti Armen Sarkissyanın mətbuat xidməti bildirib.

Ermənistan prezidenti Armen Sarkissyanın mətbuat xidməti bildirib ki, Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə fərman layihəsini imzalanmayacaq və konstitusiyaya görə fərman avtomatik olaraq qüvvəyə minəcək.

Qeyd olunur ki, əsas qanuna görə, prezident üç gün müddətində müvafiq əmri, etirazları baş komandan heyətinin nümayəndəsinin işdən çıxarılması üçün müraciət etmiş baş nazirə qaytara bilər. Hökumət başçısı bu etirazları qəbul etmirsə, prezident müvafiq sənədi imzalamalı və ya Konstitusiya Məhkəməsinə müraciət etməlidir. Prezident bu tələbləri yerinə yetirmirsə, müvafiq akt avtomatik olaraq qüvvəyə minir.

Xatıradılır ki, "Respublika Prezidenti fərman layihəsini imzalamamağa qərar verdi", deyə prezidentin saytındakı açıqlamada bildirilir. Eyni zamanda, Sarkisyanın Konstitusiya Məhkəməsində fərman layihəsinin özünə deyil, Silahlı Qüvvələrdə kadr məsələlərini tənzimləyən "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" qanunun müddəalarına etiraz etdiyi qeyd olunur.

Diqqətə çatdıraq ki, Paşinyanın Rusiya İskəndərləri barədə diqqətsiz, düşünülməmiş, gülünc sözlərindən sonra İrəvanda başqa bir siyasi böhran alovlanıb. Mətbuatda yer alan məlumatlara görə, Ermənistanın Baş Qərargah rəis müavini, baş naziri istehza edib və bunun ardınca baş qərargah rəisinin istefası təklif edilib. Cümə axşamı səhər Ermənistan Silahlı Qüvvələri Paşinyanın özünün istefasını tələb edən bir bəyanat yayıb. Baş nazir bunu bir çevriliş cəhdi kimi qiymətləndirib və tərəfdarlarını küçələrə çıxmağa çağırıb. Bu vaxt müxalifət barrikadalar qurub və parlamentin yaxınlığında bir düşərgə yaradıb, onlar səlahiyyətlilərlə danışıqlar və baş nazirin istefasını tələb edirlər.

Mənbə: sia.az