2020-ci ildə qlobal müdafiə xərcləri əvvəlki illə müqayisədə 3.9% artıb - HESABAT

2020-ci ildə qlobal müdafiə xərcləri əvvəlki illə müqayisədə 3.9% artıb - HESABAT

2020-ci ildə qlobal müdafiə xərcləri əvvəlki illə müqayisədə 3.9% artaraq 1.83 trilyon dollara çatıb. Ordu.az xəbər verir ki, bu barədə Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (BSAİ) yeni hesabatında qeyd olunub

Hesabatda qeyd olunur ki, müdafiə xərcləri qlobal Ümumi Daxili Məhsulun (ÜDM) 2.08%-ni təşkil edib. 2019-cu ildəki bu rəqəm 1.85% olub.

Düşüncə mərkəzi qlobal müdafiə xərclərinin artımının 2018-ci ildən etibarən gücləndiyini, lakin 2021-ci ildə yavaşlaya biləcəyini bildirib.
 

 

Mənbə: ordu.az