"Paşinyan üzərində böyük təsir gücünə sahib üçlük var" Aram Qabrelyanov

Təxminən bir həftə ərzində Paşinyanın ətrafındakı vəziyyəti aydınlaşdırmaqla məşğul oldum və nəhayət, erməni siyasi maşınının gizli mexanizmlərini və aparıcı kəmərlərini başa düşdüm. SİA xəbər verir ki, rusiyalı jurnalist, "İzvestiya" qəzeti redaksiyasının direktorlar şurasının sədri Aram Qabrelyanov bu barədə telegram kanalında yazıb.
“Paşinyan onun üçün üç nəfər tərəfindən məharətlə toxunmuş klassik bir siyasi tora və ya siyasi şəbəkəyə düşüb. Bu üç nəfər indi baş nazir üzərində çox böyük bir təsirə malikdir və ondan ustalıqla istifadə edirlər. Üçlüyün hər birinin öz vəzifələri, öz maraqları var, amma ən əsası, onları pul itirmək, təsir imkanlarından məhrum olmaq qorxusu deyilən bir şey birləşdirir və idarə edir.
Əslində, Ermənistanda siyasi oyunları quran bunlardır. Bunlar oliqarx Xaçatur Sukiasyan, Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan və Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryandır. Hazırda bu üçlük olmadan heç bir vacib qərar verilmir. Paşinyanın arvadı da daxil olmaqla, qalan hamı bir kənara atılıb.
Son vaxtlar üçlük, Paşinyanın kartının vurulduğunu başa düşərək, hakimiyyəti qorumaq üçün Ermənistanda kimə məsrəf sərf edə, ümid edə biləcəklərini anlamağa çalışır. Milli Təhlükəsizlik Xidməti direktoru Moskvadakı ofislərdə açıq şəkildə deyir ki, Paşinyan şizofreniya xəstəliyinə tutulub, ancaq onu dəyişdirmək tezdir, çünki Koçaryanın rəhbərlik etdiyi revanşistlər hakimiyyətə gələcək və Putin, Əliyev, Paşinyan tərəfindən Moskvada imzalanan müqaviləyə müdaxilə edəcəklər.
Abazyanın əsas düşməni müharibə dövründə Milli Təhlükəsizlik Xidmətinin direktorunu patoloji qorxaqlıqda günahlandıran Onik Qasparyandır. Münaqişənin zirvəsi müharibənin bitməsindən bir həftə əvvəl, Onikin Milli Təhlükəsizlik Xidmətinin binasında Abazyanı döyməsi ilə baş verib. Qasparyan Armeni Ermənistan generallarına qarşı kompromat sübutları toplamaqda və uydurmaqda günahlandırıb. Abazyan, Baş Qərargah rəisindən patoloji olaraq qorxur və ona nifrət edir.
Xaçatryan, əslində Ermənistandakı Soros strukturlarını idarə edən qardaşı vasitəsilə ABŞ səfirliyi üzərində təsir gücünə malikdir. Xüsusi İstintaq Xidmətinin rəhbəri alovlu bir rusofobdur.

Xaçatur Sukiasyan həm Abazyana, həm də Xaçaturyana pul verir. Bitcoin sxemi və Çin bankları yolu ilə pul İsveçrə hesablarına köçürülür. Hazırda üçlüyün vəzifəsi Paşinyanı bir-iki ay hakimiyyətdə saxlamaq, Ermənistan ordusunu və müxalifəti nüfuzdan salmaqdır.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Gürcüstanda ali təhsil alan azərbaycanlıların sayı AÇIQLANDI

SONRAKI XƏBƏR

Maliyyə Nazirliyi təmizlik işlərinə 233 min manat xərcləyəcək