İsrail fələstinlilərə aid evləri sökdü

İsrail fələstinlilərə aid evləri sökdü

Eastnews.org-un verdiyi xəbərə görə, İsrail qüvvələri əl-Xəlil şəhərində 2 fələstinli ailəyə məxsus 3 evi icazəsiz olduqları iddiası ilə dağıdıb.

Bu barədə yerli mənbələr məlumat verib.

Dağıntı səbəbilə iki ailədən 12 fələstinlinin küçədə qaldığı bildirilib.

Fələstinli mənbələrə görə, İsrail təkcə ötən il işğal altında olan Şərqi Qüdsdə və İordan çayının qərb sahilində fələstinlilərə aid 500-dən çox evi və iş yerini dağıdıb.

 

Mənbə: eastnews.org