Fidel Kastronun nəvəsi lüks maşınına kiçik oyuncaq dedi - VİDEO

Fidel Kastronun nəvəsi lüks maşınına kiçik oyuncaq dedi - VİDEO

Kuba inqilabının lideri Fidel Kastronun nəvəsi Sandro lüks avtomobillə saatda 145 km sürətlə sürət həddini aşdığına görə tənqidlərə məruz qalıb.

KONKRET.az “Times”a istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar 1990-cı illərdən bəri ən ağır iqtisadi böhranla üz-üzə qalan Kubada Fidel Kastronun nəvəsinin bahalı “Mercedes” avtomobili ilə əylənməsi dünya mətbuatında gündəmə çevrilib.

Yan oturacaqda oturan gənc qadının çəkdiyi videoda Sandro Kastro Kubadakı bir magistral yolda avtomobilini yüksək sürətlə sürdüyü nümayiş olunur.

“Bilirsiniz, biz sadə insanlarıq, ancaq arada evdəki kiçik oyuncaqlarımızı bayıra çıxarmaq lazımdır”, – Sandro söyləyib.

 

Mənbə: konkret.az