Navalnıya görə Rusiya sanksiyaya məruz qalsa... - Avropaya təhdid

Navalnıya görə Rusiya sanksiyaya məruz qalsa... - Avropaya təhdid

Rusiya ABŞ-ın ehtimal edilən bütün sanksiyalarına cavab verəcək.

Publika.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, müxalifət lideri Aleksey Navalnının həbs cəzasına məhkum edilməsi səbəbilə Rusiyanın sanksiyalara məruz qalması təktərəfli və qeyri-qanunidir: “Avropalı həmkarlarımız və onlardan nümunə götürən Avropa İttifaqı hər zaman səbəbsiz sanksiya tətbiq edir. Qəti şəkildə cavab verəcəyik. Diplomatiya qaydalarını heç kim ləğv etməyib. Diplomatiya qaydalarından biri də qarşılıqlıdır”.

Mənbə: publika.az