“Kremlin Paşiyanı devirmək planı yoxdur” – KUZNETSOV

“Kremlin Paşiyanı devirmək planı yoxdur” – KUZNETSOV

Rusiyalı analitik: “Bütün Ermənistan vətəndaşları zombiləşdirilmiş axmaqlar deyil”

Tanınmış rusiyalı politoloq, tarixçi Oleq Kuznetsov AYNA-ya müsahibəsində Ermənistandakı son mitinqlərdən danışıb.

– Paşinyan son mitinqlərlə müxalifəti məğlub etdi. Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, Baş nazirə bu cür dəstəyin səbəbini də görürsünüz?

– “Müxalifətin məğlubiyyəti” kimi radikal bir ifadə işlətməkdən çəkinərdim. Bu, “böyük terror” illərində “Trotskiçi müxalifət”, “sənaye partiyası” ya da “Zinoviev-Buxarin bloku”nun məğlubiyyətindən bəhs edildiyi 1930-cu illər Sovet mətbuatının frazeologiyasını çox xatırladır. Sizin oxucuların çoxunun yaşı, zənnimcə, 50-dən yuxarı deyil və onlar bəlkə də, heç SSRİ-də siyasi repressiyalar barədə eşitməyiblər də. İndi Ermənistanda heç bir şou məhkəmə prosesi yoxdur, dövrü mətbuatda vaxtaşırı bildirişlə müşayiət edilən siyasi səbəblərdən edamlar yoxdur. Buna görə də deyərdim ki, Paşinyan müxalifətə intellektual və mənəvi üstünlüyünü nümayiş etdirməyi bacardı.

Şəxsən mənim üçün ermənilərin əhəmiyyətli bir hissəsinin və əslində üçdə ikisinin Azərbaycanla son müharibədə məğlub olmasına baxmayaraq, hökumət başçısını dəstəkləməsi təəccüblü deyil. Buna görə, Ermənistanın bütün vətəndaşlarının təbliğat axmaqları tərəfindən tamamilə zombiləşdirildiyini düşünmək lazım deyil, bunlar real vəziyyətdən uzaq və yanlış təsəvvürlərdir. Əlbəttə ki, erməni cəmiyyətində bu qəbildən olan insanlar var və bəziləri ilə sosial şəbəkələrdə çox qarşılaşıram. Onlar müxalifət tərəfdarlarına aiddir. Rasional düşünmə qabiliyyətini qoruyub saxlayan bütün ermənilər isə Paşinyanı dəstəkləyirlər.

Ermənistan vətəndaşlarının çoxu yaxşı bilir ki, indiki, təkcə hərbi deyil, həm də iqtisadi çöküşün səbəbləri əksəriyyətinin nifrət etdiyi “Qarabağ klanı”nın hakimiyyəti illərindən qaynaqlanır. İnsanlar axmaq deyil, mükəmməl şəkildə başa düşürlər ki, müxalifəti ölkənin gələcəyi deyil, təmsilçilərinin öz xalqından oğurladığı və azərbaycanlılardan talan etdiyi kapitalın qorunması maraqlandırır – kimsə milyard, kimsə milyon, kimsə yüz min oğurlayıb, amma hamısı hakimiyyətin sabitliyini pozmaqla, cinayətlə yaraytdıqları maddi rifahlarını qorumaq istəyirlər.

Müxalifətin erməni cəmiyyətində dəstək qazanmamsının əsas səbəbi onun intellektual gücsüzlüyüdür. “Qarabağ klanı” öz dövrünün yosunlu ideoloji stereotiplərinə müraciət edir: müxalifətin beyninin yalnız Paşinyanı “türk” adlandırmaq üçün kifayət etdiyini nəzərə alsaq, bu, onların gələcəkdə heç bir intellektual alternativin olmaması deməkdir. Buna görə, ağlı başında olan hər hansı bir erməni müxalifətin şüarlarını özü üçün belə deşifrə edir: “biz Azərbaycanla son erməniyə qədər döyüşəcəyik – oğurlanmış və talan edilmiş varidatımızı qorumaq üçün”. Və belə ritorika yalnız siyasi cinayətkarları cəlb edir.

– Rusiyada Nikol Paşinyanın Qərb tərəfindən, daha dəqiq ABŞ Demokratları tərəfindən dəstəkləndiyinə və ona görə də siyasətdən getmədiyinə inanırlar. Sizcə də, elədir?

– Bu, belə olsa da, Rusiya yenə də Ermənistandakı daxili siyasi proseslərə rəsmi şəkildə müdaxilə etmir, onları bu dövlətin daxili işi hesab edir. Əhalinin üçdə ikisi tərəfindən dəstəklənən ölkə liderini könüllü istefaya məcbur etmək çox çətindir və bu, fakt olaraq qalır. Paşinyanın indiki mövqeyində qalması Kreml üçün tamamilə əlverişlidir, çünki o, indi Ermənistanda müharibədən sonrakı Dağlıq Qarabağ nizamlanmasına dair üçtərəfli danışıqların bütün məsuliyyətini öz üzərinə götürən yeganə siyasətçidir. Rusiya hakimiyyəti, rəsmi olaraq Rusiya hakimiyyət iyerarxiyasındakı üçüncü şəxs – Federasiya Şurasının sədri Valentina Matviyenko kimi çox yüksək səviyyəli nümayəndələri vasitəsi ilə açıq şəkildə erməni müxalifətçilərinə xəbərdarlıq edir ki, ölkədə hakimiyyətə gəlsələr belə, müharibədən sonrakı tənzimləmə ilə bağlı öhdəliklər dəyişilməz qalacaq. Paşinyan bu gün gerçək bir qüvvədir və Kreml güclülərlə iş görməyə üstünlük verir, çünki ən azı müasir Ermənistanda ən məsuliyyətli qüvvə onlardır.

Bəli, Rusiya hakimiyyəti ölkədəki erməni diasporunun müxalifəti maliyyələşdirmək üçün erməni əhalisindən pul toplamasına mane olmur, çünki bu proses qadağan oluna və ya dayandırıla bilməz, xüsusən də nəzərə alaq ki, Rusiyadakı erməni diasporunun bütün fəaliyyəti bu günə qədər “Qarabağ klanı”na bağlı şəkildə davam edir. Hüquq-mühafizə orqanları tərəfindən bu cür hərəkətlərin qarşısını almaq üçün, ilk növbədə bu praktikanın siyasi proseslərin xaricdən maliyyələşdirilməsinə qarşı mübarizədə yardım tələbi ilə Rusiya hakimiyyət orqanlarına müraciət edəcək rəsmi İrəvan tərəfindən cinayət kimi tanınması lazımdır. O zaman əməliyyatları və hətta bank hesablarını bloklamaq üçün bir növ maliyyə təzyiq tədbirləri görmək mümkün olacaq. Hazırda belə bir müraciət yoxdur və ona görə də Rusiya səlahiyyətliləri qanun çərçivəsində bir şey etməkdə acizdir.

– Əslində, Kremlin özü üçün Paşiyanyan nə qədər sərfəlidir? Kremlin Paşinyanı “İsgəndər”lə bağlı açıqlamalarına görə cəzalandırması, ümumiyyətlə qəbul olunan reallıqdırmı?

– Xahiş edirəm, məni düzgün başa düşün: Paşinyan özü adi bir insandır, çox savadlı və ağıllı deyil, lakin çox xarizmatik və psixotipinə görə erməni xalqının kollektiv gözləntilərinə uyğun gəlir. Hitler də o qədər də ağıllı deyildi, lakin kütlə bir vaxtlar onun ardınca getdi ki, bu da onu milli və hətta dünya səviyyəsində bir siyasətçiyə çevirdi. Nikol Paşinyan potensial baxımından İlham Əliyevə və ya Vladimir Putinə bərabər tutula bilməz, amma arxasında onu, ən azı ermənilər arasında komik bir fiqurdan görkəmli bir şəxsiyyətə çevirən erməni xalqının üçdə ikisinin dəstəyi dayanır.

Paşinyanın bir şəxs kimi Kremlə faydalı olub-olmadığı ilə bağlı mübahisənin mənası yoxdur, təbii qəbul edilməli şərtlər var. Kremlin indi qəti şəkildə Ermənistandakı Paşiyan rejimini devirmək planı yoxdur, məsələn, Sovet dövründə əfqan şahı ilə olduğu kimi. Bundan əlavə, tarixin göstərdiyi kimi, dövlət çevrilişi metdou Rusiyanın lehinə bir dəfə də olsun uğurlu olmadığına görə dövlətim uzun müddətdir belə taktikaya əl atmır.

Sualınızın ikinci hissəsinə gəldikdə, Kremlin Paşinyanın “İsgəndər” OTRK ilə bağlı dediyi ağılsız sözlər barədə hay-küy salmasının zərrə qədər də mənası yoxdur. Bu sistemlərin döyüş effektivliyi canlı atəş təlimləri zamanı, həmçinin Suriyada döyüş istifadəsi zamanı bir neçə dəfə təsdiqləndi və dünyanın hər yerindən hərbi mütəxəssislər bunu yaxşı bilirlər.

Rusiyada heç kim açıq-aşkar axmaqlığı rədd etmək üçün bir səy göstərməyəcək və bu səbəbdən onun sözlərindən sonra gələn reaksiya, dövlətin verdiyi bir göstərişdən daha çox “İsgəndər” mövzusunu anlayan insanların duyğusal bir patlaması oldu. Rusiya hakimiyyəti Paşinyanı yerinə oruzdurmaq istəsəydi, Cənub Hərbi Dairəsinin bəzi raket briqadasının qüvvələrinin iştirakı ilə nümayiş atəşi təşkil edərdi. Lakin heç kim bu sistemin döyüş effektivliyinə şübhə etmədiyi üçün nümayiş raket atışlarına pul xərcləməyi yersiz hesab etdilər. Və Paşinyanın sözləri ətrafında səs-küy bir həftədən sonra azalacaq, çünki hər şey onun dediyi yeni maraqlı ifadəni müzakirə etməyə keçəcək. Bu, həm sizin, həm də mənim varlığından mükəmməl xəbərdar olduğumuz mətbuat qanununun şərtidir.

Mənbə: turkustan.info