Paşinyan hücuma keçdi

Ermənistanın mövcud qanunvericiliyinə görə, Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyan martın 4-də vəzifəsini itirəcək.

Ermənistan prezidenti Armen Sarkisyanın bu gün qəbul etdiyi qərar, yəni baş nazir Nikol Paşinyanın sərəncamının qanunauyğunluğunun yoxlanması üçün Konstitusiya Məhkəməsinə göndərilməsi bunu ehtiva edir.

N.Paşinyan sərəncamında O.Qasparyanı vəzifəsindən kənarlaşdırıb.

N.Paşinyanın istefasını tələb edən O.Qasparyanıni və daha 40 yüksək rütbəli erməni hərbçisinin situasiyanı dəyişmək üçün cəmi 2 sutka vaxtları var.

Ermənistan qanunvericiliyinə uyğun olaraq, N.Paşinyan general Qasparyanın Baş Qərargah rəisi postundan kənarlaşdırılması ilə bağlı sərəncamını yenidən prezident A.Sarkisyana yollaya bilər. Prezident isə bğu sərəncamın qanuna uyğunluğunun yoxlanması üçün sənədi təkrarən Konstitusiya Məhkəməsinə ünvanlaya bilər.

General-polkovnik Onik Qasparyanın tələbini isə Erməçnistan Müdafiə Nazirliyində general Andranik Markaryan, general-mayor Arakel Martikyan, general-mayor Poqos Poqsyan, general-leytenant Cəlal Harutyunyan və polkovnik Artur Çatyan dəstəkləməyiblər.

Ermənistanın müdafiə naziri Vaqarşak Harutyunyan isə bu gün Ermənistan Müdafiə Nazirlyiinin Xüsusi Təyinatlı dəstəsində olub. Orada o, Baş Qərargah rəisinin müavini, kəşfiyyat idarəsinin rəisi general-mayor Arakel Martikyanla müzakirələr aparıb.

Nikol Paşinyan general-polkovnik Onik Qasparyanı vəzifəsindən kənarlaşdırmağa nail olandan sonra onun yerinə məhz A.Martikyanı təyin edəcəyi gözlənilir.

Orxan Hun

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

"Milli Dəstə" 5 yaşında!

SONRAKI XƏBƏR

Tarixdə ilk dəfə Papa İraqa gedir