ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte Floridada keçirilən görüşdə Ukrayna münaqişəsinin nizamlanması və İranla bağlı vəziyyəti müzakirə ediblər.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bəyanat yayıb.
Bəyanatda bildirilir ki, "Görüş çox məzmunlu keçib və Rusiya ilə Ukrayna arasındakı müharibə və İrandakı münaqişə, eləcə də Haaqa və Ankara sammitlərində birlikdə əldə etdiyimiz bütün rekord nailiyyətlərə diqqət yetirilib".
Görüş başa çatdıqdan sonra Tramp jurnalistlərə bildirib ki, "Biz həmçinin Rusiyanın müharibəni qəsdən və ya bilmədən qızışdıracaq hər hansı bir hərəkət etməsinin qarşısını almağın və mümkün qədər tez bir zamanda sülh yolu ilə həllin vacibliyini müzakirə etdik".
Mənbə: unikal.az