ABŞ-nın Dövlət katibi Qətər XİN-in başçısı ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib

ABŞ-ın Dövlət katibi Entoni Blinken və Baş nazir Köməkçisi və Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani arasında telefon danışığı baş tutub.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat verib.

Danışıq zamanı digər mövzülarla birlikdə Əfqanıstanla bağlı müzakirə edilib.

"Dövlət katibi Blinken <...> Qətərin xarici işlər nazirinə ABŞ ordusunun Qətər tərəfindən yerləşdirilməsinə görə təşəkkür bildirib, Qətərin Əfqanıstanda sülh prosesinin asanlaşdırılmasında verdiyi dəstəyi və Fars körfəzi [ölkələrinin] birliyinin vacibliyini müzakirə edib", - məlumatda deyilir.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistanın “siyasi sancı”ları şiddətlənir

SONRAKI XƏBƏR

Dünyada koronavirusun bitmə tarixini açıqladı