Belarus və Rusiya strateji həmkarlıq proqramı imzalayıb - İlk dəfə...

Belarus və Rusiya strateji həmkarlıq proqramı imzalayıb - İlk dəfə...

Belarus və Rusiyanın müdafiə idarələri ilk dəfə olaraq, 5 il müddətinə strateji həmkarlıq proqramı imzalayıblar.

Bu barədə martın 2-də beynəlxalq hərbi əməkdaşlıq departamentinin rəisi, Belarus Müdafiə nazirinin beynəlxalq hərbi əməkdaşlıq üzrə köməkçisi general-mayor Oleq Voinov xəbər verib.

«Biz, ilk dəfə olaraq, Belarus və Rusiya müdafiə nazirlikləri arasında 5 il müddətinə strateji həmkarlıq proqramı imzaladıq. Bu proqram perspektivi dəqiq təsvir etməyə və bizim Rusiya Federasiyası ilə əməkdaşlığımızı inkişaf etdirməyə imkan yaradacaq» - nazir köməkçisi bildirib.

Voinovun sözlərinə görə, müdafiə nazirlikləri arasında beynəlxalq əməkdaşlıq planı ən böyüyüdür. O, 160-dan çox tədbiri əhatə edir ki, bunun da 40 faizi praktiki istiqamətli tədbirlərdir. «Planın bu il üçün xüsusiyyəti ondan ibarətdir ki, o, qoşun növləri və xüsusi ordu hissələri arasında qarşılıqlı fəaliyyətin praktik istiqamətlərini əhatə edir ki, orada quru qoşunları, hərbi-hava qüvvələri və hava-hücumundan müdafiə qüvvələri, xüsusi əməliyyat qüvvələri və hava-desant orduları arasında əlaqə dəqiq ifadə olunub»- belaruslu general əlavə edib.

Bu zaman Voinov xatırladıb ki, Ümumbelarus xalq iclası zamanı dəqiq elan olunub ki, Rusiya Belarusun strateji müttəfiqidir.

«Təbiidir ki, bu, tam halında həm də hərbi sahəyə aiddir, çünki bu gün dövlət başçısına əməkdaşlığın cari vəziyyəti, onun inkişaf perspektivləri və ümumilikdə, Rusiya ilə münasibətlər üzrə formalaşan vəziyyət məruzə olunub» - o, bildirib.

Xatırladaq ki, bu gün Belarus prezidenti yanında Belarus-Rusiya münasibətləri məsələləri üzrə iclas keçirilib. Onun gedişi zamanı Lukaşenko özünün Rusiya prezidenti Vladimir Putinlə fevralın 23-də keçirilmiş görüşü üzərində ayrıca dayanıb. Belarus liderinin sözlərinə görə, danışıqlar zamanı hərbi-sənaye kompleksi mövzusundan müdafiə mövzusuna keçilib.

«Biz, nə baş verdiyini görürük. Bir qədər qudurublar… Bundan cəmi iki həftə əvvəl NATO təyyarələri artıq birbaşa bizim sərhədimizə uçublar. Və biz, nə etməyə məcbur idik? Biz, Su-30 təyyarələrini (yeni təyyarələri) qaldırdıq və onlara qarşı uçduq. Yüz kilometr aralıya qaçdılar. Bu, ondan xəbər verir ki, bizi daim qıcıqlandıracaqlar, biz isə cavab verməliyik» - dövlət başçısı bildirib.

Mənbə: azpolitika.info