Blinken Venesuela müxalifətinin rəhbəri ilə telefonla danışıb

Blinken Venesuela müxalifətinin rəhbəri ilə telefonla danışıb

ABŞ Dövlət Katibi Entoni Blinken Venesuela müxalifətinin lideri Xuan Quaydo ilə telefon bağlantısı yaradıb. Tərəflər telefon danışığında Bolivariyadakı vəziyyəti müzakirə ediblər.

APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

“Blinken demokratiyanın azad və ədalətli seçki yolu ilə Venesuelaya qayıtmasının vacibliyini vurğulayıb. Dövlət katibi AB, Lima Qrupu, Amerika Dövlətləri Təşkilatı və Beynəlxalq Təmas Qrupu da daxil olmaqla, dinc demokratik keçid üçün çoxtərəfli təzyiqi artırmaq məqsədilə həmfikir insanlarla işləmək səylərimizi qeyd edib”, - məlumatda belə deyilir.

Bundan başqa, tərəflər Venesueladakı humanitar vəziyyəti müzakirə ediblər.

Mənbə: apa.az