Prezidentdən açıq cavablar - VİDEO

Prezidentdən açıq cavablar - VİDEO

Azərbaycan Prezidenti son mətbuat konfransında natiqlik məharətini nümayiş etdirərək bütün suallara səlis, əsaslı arqumentlərlə, məntiqli cavablar verdi, güclü liderlərə, böyük dövlət xadimlərinə xas peşəkar xüsusiyyətləri ilə xarici media nümayəndələrini bir daha heyrətləndirdi. Bunu mətbuat konfransını şərh edən “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirdi.

Rauf Arifoğlu hesab edir ki, son aylar ərzində erməni mətbuatının informasiyaları əsasında fəaliyyət göstərən və Vətən müharibəsindəki qələbəni gözdən salmağa çalışan qüvvələr də prezidentdən cavablarını aldılar və faktiki olaraq, əliboş qaldılar.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı 4 saatdan çox davam edib. Dövlət başçısı mətbuat konfransında 35 media qurumunun 50-dək sualını cavablandırıb.

 

Mənbə: www.realtv.az