YAP-ın Zərdab rayon təşkilatının sədri dəyişdiriləcək - İDDİA

YAP-ın Zərdab rayon təşkilatının sədri dəyişdiriləcək - İDDİA

Mart ayında Yeni Azərbaycan Partiyasının (YAP) qurultayının keçiriləcəyi gözlənilir.

Yerli mətbuatda yazılanlara görə qurultayda YAP-ın yerli təşkilatlarının sədrlərinin böyük əksəriyyəti və Siyasi Şurasının xeyli üzvü vəzifələrindən kənarlaşdırılacaq.

Qlobal.az-ın əldə etdiyi məlumatda sədr dəyişikliyi gözlənilən təşkilatlardan biri də YAP-ın Zərdab rayon təşkilatıdır. İddialara görə buna səbəb partiyanın yerli strukturunun rayonda gənclər arasında apardığı təbliğatın zəif olmasıdır.

Qeyd edək ki, 6300 nəfərə yaxın şəxsi sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatı 1993-cü ildə təsis konfransını keçirib.

Hazırda YAP-ın Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudovadır.

Pərvin Mahmudova 2012-ci ildən YAP-ın Zərdab rayon təşkilatına sədrlik edir.

P.Mahmudova eyni zamanda Zərdab rayon İcra Hakimiyyətinin başçısının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiridir.

Mənbə: qlobal.az